Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində terrorçuluqda şübhəli bilinən 900-dən çox insan saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya “Qəhrəmanlar” əməliyyatı ilə bağlı açıqlamasında deyib.
“64 əyalətdə keçirilən “Qəhrəmanlar” əməliyyatı çərçivəsində 928 nəfər saxlanılıb, 744 dövlət qeydiyyatı olmayan silah müsadirə edilib”, - nazir açıqlamasında bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada DİN binası qarşısında terakt törətməyə çalışan terrorçulardan biri zərərsizləşdirilib, digəri isə özünü partladıb.
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq