Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında hələ də görüş təşkil etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.
“İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydın olacaq”, - diplomat jurnalistlərin sualına cavabında deyib.
Diplomatın sözlərinə görə, AB Bakı-İrəvan münasibətlərinin normallaşmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etmək istəyir.
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq