Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb. Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.
Bu barədə BUTA.TV-a Azərbaycanın Baş Prokurorluğundan bildirilib.
Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.
Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcəkdir.
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək