Xudatda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədova saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rəvan Seyidovun barəsində həbs, daha iki qadından birinin barəsində ev dustaqlığı, digəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək