Türkiyənin özəl silah şirkəti “Canik” Ukraynaya 600-dən çox ağır pulemyot tədarük edib.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Middle East Eye" saytı mənbələrə istinadən məlumat yayıb.
"Məlumdur ki, Ankara keçən il müharibə başlayandan bəri Kiyevi sakitcə pilotsuz təyyarələr, lazerlə idarə olunan raketlər, qoruyucu vasitələr və zirehli maşınlarla təmin edib. Lakin bu yaxınlarda Türkiyədən "Canik M2" ağır pulemyotları tədarük edilməyə başlanılıb", - sayt məlumatında bildirib.
Qeyd olunub ki, cari ilin mart ayında "Canik"lə bir neçə müqavilə imzalanıb:
"Saziş 600-dən çox pulemyotun tədarükünü nəzərdə tutur. Yaxın aylarda daha çoxu göndəriləcək".
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək