Səudiyyə Ərəbistanının futbol komandası "Əl-İttihad" İranda "Sepahan"la matça çıxmaqdan imtina edib.
BUTA.TV xəbər verir ki, bu səbəbdən Asiya Çempionlar Liqasının C qrupunun 2-ci turunun qarşılaşması ləğv edilib. Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi iranlı general Qasım Süleymaninin heykəlinə görə meydana daxil olmaqdan imtina ediblər.
“Əl-İttihad” meydanın kənarında, hakim skamyasının arxasında qoyulmuş heykələ görə oyuna başlamaqdan imtina edib. Bu büst 2020-ci ildə İraqda pilotsuz təyyarənin hücumu zamanı ölən iranlı general Qasım Süleymanini təmsil edir.
Səudiyyə mediasına görə, “Əl-İttihad” “futbolla heç bir əlaqəsi olmayan siyasi elementlərin olması səbəbindən meydana çıxmayıb.
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək