Azərbaycanlı yazar Əfsanə Laçın Açıq Avrasiya Ədəbiyyat Forumu-2023 müsabiqəsinin super kubokunun ikincisi olub.
Bu barədə Kult.az-a Əfsanə Laçın özü məlumat verib.
Onun sözlərinə görə, müsabiqə indiyə qədər finala çıxmış yazarlar arasında keçirilib:
“Bu, beynəlxalq müsabiqədir və dünyanın hər yerindən yazarlar iştirak edə bilər. Ancaq bu il fərqli formatda “super kubok” keçirildi. Bu müsabiqədə indiyə qədər yarışmanın finalına vəsiqə qazanan şəxslər iştirak edə bilərdi. Mən də “Açıq Avrasiya Ədəbiyyat Forumu-2017” müsabiqəsində finala vəsiqə qazandığım üçün yarışmada iştirak hüququ əldə etdim. “Ən yaxşı uşaq hekayəsi" naminasiyası üzrə “superkub”da ikinci oldum. Müsabiqədə qalib olan əsər “Azadlıq pərisi” adlanır. Hekayə qələbəmizə həsr olunub. Hekayəni tərcüməsi Leyla Qədirzadəyə məxsusdur”.
Qeyd edək ki, qaliblər 25-30 sentyabr tarixlərində Qazaxıstanda keçirilən ədəbiyyat festifalında elan edilib.
Qeyd edək ki, “Avrasiya Ədəbiyyat Festivalı və Kitab Forumu” (Open Aurasian Literature Festival&Book Forum) 2012-ci ildən keçirilir.
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi