“Tərtər İşi” ilə bağlı məhkəmə proseslərində həm zərərçəkənlərin, həm də mühakimə olunan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri sabiq baş qərargah rəisi Nəciməddin Sadıkovu ittiham edir.
Ancaq məhkəmədə sabiq baş qərargah rəisi haqqında sensasion iddialar səslənməsinə baxmayaraq, o məsuliyyətdən kənarda qala bilib. Gununsesi.info–nun əməkdaşı ölkənin Hərbi Prokuroru Xanlar Vəliyevdən bu barədə soruşub. Sayta açıqlamasında Xanlar Vəliyev deyib:
“Məhkəmədə nə danışılırsa, buna məhkəmə qiymət verməlidir. Konkret olaraq, “Tərtər İşi”nə gəlincə, mən bir dəfə də demişəm ki, bu işlərin istintaqı artıq Baş Prokurorluqdadır. Ona görə də bu haqda bir söz deməyim doğru deyil”.
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var