Azərbaycanda son 1 həftə ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 380 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 221 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 833 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 10 332 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 856, bu günə qədər isə ümumilikdə 7 688 073 test icra olunub.
Ölkədə son həftə ərzində vaksinasiya olunmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var