Qarabağla bağlı mövqeyimiz əvvəldən aydın idi: işğal olunmuş bu torpaqların Azərbaycana qaytarılmasını dəstəkləyirik.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.
O, Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiya kanallarının inkişafının tərəfdarıyıq. Amma eyni zamanda vurğulayırıq ki, beynəlxalq sərhədlərin və geosiyasi dəyişikliklərin əleyhinəyik. Bununla bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Əminik ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə mətbuata açıqlamasında Zəngəzur dəhlizi məsələsində Tehrandan müsbət siqnallar alındığını bildirmişdi. O həmçinin Ermənistanın buna razı olmayacağı və öz ərazisindən keçid verməyəcəyi təqdirdə, yolun İran torpaqlarından keçəcəyini, Tehranın buna razı olduğunu demişdi.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video