Türkiyə “Bayraqdar Akıncı” PUA-larının Ukraynaya təhvil verilməsi məsələsini nəzərdən keçirir.
BUTA.TV xəbər verir ki, bunu “Baykar” istehsal şirkətinin baş direktoru Haluk Bayraqdar “Azadlıq” radiosuna müsahibəsində deyib.
“Bayraqdar Akıncı” ilə bağlı məsələyə gəlincə, buna hazırda baxılır”, - o bildirib.
Onun sözlərinə görə, Ukraynada bu və ya digər növ PUA istehsalı üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır:
“Müdafiə sahəsində əməkdaşlıq hökumətin təsdiqini tələb edir və bizdə bu təsdiq var. Ona görə də “Akıncı” məsələsi nəzərdən keçirilir”.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video