Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”u sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.
Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.
Bu matçla eyni vaxtda başlayan “Karagümrük” – “Kasımpaşa” görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video