Azərbaycan Premyer Liqasında VIII turun oyunları davam edir.
BUTA.TV xəbər varir ki, günün ilk görüşü Gəncədə keçirilib.
Yerli komanda “Kəpəz” doğma meydanında “Qəbələ”ni qəbul edib. Bu matç autsayder mövqeyindən uzaqlaşmaq baxımından hər iki komanda üçün vacib idi. Qarşılaşmanın ilk hissəsində qapılara yol tapmaq mümkün olmayıb. Fasilədən sonra vurulan yeganə qol görüşün taleyini həll edib. Bilel Auşeriya 52-ci dəqiqədə fərqlənərək, “Qəbələ”yə 1:0 hesablı səfər qələbəsi qazandırıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 7-yə çatdıran “qırmızı-qaralar” sonuncu pillədən qurtulub. Əvəzində “Kəpəz” 5 xalla autsayder mövqeyinə düşüb.
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video