Xankəndi şəhərində tibbi işin təşkili ilə bağlı tədbirlər görülür. Artıq poliklinikanın işi təşkil edilib.
BUTA.TV xəbər verir ki, üç otaqdan ibarət poliklinika qurulub, ilkin cərrahi, kardioloji və terapevtik otaqlar düzəldilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası oktyabrın 1-də səhər saatlarında Xankəndiyə ezam olunub. Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?
- Xocavəndə növbəti köç karvanı yola salındı
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır