Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakinləri Sevilə Səmədova və Ramil Bəkirov sonuncunun idarə etdiyi "Reno" markalı avtomobildə Masallı-Yardımlı yolunda saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən ayrı-ayrı bağlamalarda qablaşdırılmış ümimilikdə 20 kiloqram marixuana və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Bundan əlavə, şəxsi axtarış zamanı S.Səmədovanın üzrərindən metamfetamin aşkarlanıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video