Abxaziya daha çox ölkənin "respublikanın müstəqilliyi"ni tanımasını gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Abxaziyanın qondarma rəhbəri Aslan Bjaniya deyib.
"Biz Rusiya ilə birlikdə bunun üzərində işləyirik və ümid edirik ki, Abxaziyanın müstəqilliyinin tanınması prosesi davam edəcək. Bu işlə bizim "xarici işlər nazirliyimiz" məşğuldur", - o bildirib.
Onun sözlərinə görə, Abxaziya onun müstəqilliyini tanımış ölkələrlə, o cümlədən Nikaraqua, Venesuela və Suriya ilə əlaqələri gücləndirmək üçün fəal işləyir.
"Çox şey bizim iqtisadi imkanlar və əməkdaşlığımızdan asılı olacaq. İqtisadiyyat əsasən qarşılıqlı maraqlara və diplomatik münasibətlərə yol açır", - qondarma rəhbər vurğulayıb.
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi