Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” abonentlərinə müraciət edib.
BUTA.TV xəbər verir ki, şirkət Qarabağda fəaliyyətini dayandırdığını təsdiqləyib.
Bildirilib ki, “Karabakh Telecom” telefon nömrələri “Team Telecom Armenia” şəbəkəsində qeydiyyatdan keçməklə Ermənistan ərazisində işləməyə davam edəcək.
Qeyd edək ki, “Karabakh Telecom”un əsl sahibləri livanlı ermənilər - Pyer və Musa Fatuş qardaşları olub. Müharibədən əvvəl şirkətə 15 milyon dollar investisiya yatırılmışdı. Araik Arutyunyan İkinci Qarabağ savasında bu operatoru hərbi məqsədlə istifadə üçün zorla ələ keçirib özəlləşdirmişdi. Mobil rabitə, fiber-optik internet və s. xidmətləri göstərirdi.
Bir neçə gün öncə erməni Teleqram kanalları şirkətin fəaliyyətinin dayandırıldığı barədə məlumat yaymışdı.
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu