İki həftədən artıqdır ictimaiyyət qarşısına çıxmayan Çinin müdafiə naziri Li Şanfunun “yoxa çıxması” ilə bağlı yeni təfərrüat məlum olub. O, hərbi texnikanın alınmasında yol verdiyi pozuntulara görə istintaq altındadır.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Şanfunun 2017-ci ildən 2022-ci ilə qədər rəhbərlik etdiyi daha səkkiz nəfər də nazirlə birgə sorğulanır. İstintaqı Çin Silahlı Qüvvələrinin Mərkəzi İntizam Komissiyası aparır.
Agentlik nazirin hansı silahların alınmasında ittiham olunduğu barədə təfərrüatı açıqlamayıb.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Qeyd edək ki, daha əvvəl “Faynənşl Tayms" üç amerikalı məmura və kəşfiyyat məlumatlarına bələd olan iki şəxsə istinad edərək, Li Şanfunun vəzifəsindən uzaqlaşdırıldığını və istintaq altında olduğunu yazmışdı.
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur
- Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü
- Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
- Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi
- Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək
- Aprelin son günü hava necə olacaq?