ABŞ İsveçin NATO üzvlüyünü təsdiqləməsi üçün Macarıstan hökumətinə bir illik fasiləsindən sonra yenidən təzyiqləri bərpa edib.
BUTA.TV Blomberq-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman deyib.
"Macarıstan İsveçin Alyansa üzvlüyünün nə qədər faydalı olacağını yaxşı bilir. Baş nazir bildirib ki, İsveçin üzvlüyünü dəstəkləyir və biz ölkə hökumətindən və parlamentindən operativ tədbirlər gözləyirik", - deyə səfir bildirib.
Nəşr qeyd edib ki, Türkiyə və Macarıstan İsveçin üzvlük ərizəsini ratifikasiya etməyən yeganə NATO üzvləridir. Ankara və Budapeşt hakimiyyətinin İsveçin üzvlüyünə razılıq vermələrinə baxmayaraq, proses uzanıb.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü