Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı “VAZ 2106” markalı minik avtomobili çay yatağına düşüb.
BUTA.TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsi həyata keçirilib.
Həmçinin, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü