Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Emniyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan Respublikası DİN tərəfindən təltif edilib.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.
DİN əməkdaşları Türkiyəyə gedərək olunaraq təltif medalını və xatirə hədiyyələrini Emniyət Müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü