İranda saxlanılan tələbəmizlə bağlı iranlı həmkarımla danışıqlar aparmışıq və müsbət nəticələr əldə ediləcək.
BUTA.TV xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev İranda saxlanılan tələbəmizlə bağlı sualı cavablandırarkən deyib.
"Bu məsələni həmkarım İranın Baş prokuroru ilə müzakirə etdik. Detalları barədə məlumat vermək istəməzdim. Onu deyə bilərəm ki, bu məsələ müzakirə edilib və ümid edirik ki, müsbət nəticələr əldə olunacaq".
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü