İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.
BUTA.TV xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində 7 şübhəli saxlanılıb. Onlardan 6-nın İsveç vətəndaşı olduğu bildirilib. Onların motosikleti və yaşadıqları ünvana baxış zamanı 3 tapança, tüfəng, narkotik maddə və güllə ələ keçirilib.
Şübhəlilələrdən 5-i həbs edilib. Onlardan biri sərbəst buraxılıb, biri isə deportasiya edilib.
Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur.
O, xəstəxanaya yerləşdirilib.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü