İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib İran-Azərbaycan gərginliyi ilə bağlı ölkə televiziyasına müsahibə verib.
BUTA.TV xəbər verir ki, o, iki ölkə arasında ciddi problemlərin olmadığını bildirib.
“Bakı ilə aramızda ciddi problemlər yoxdur, bunu daha çox siyasilər və media orqanları şişirdilmiş formada göstərir. Olan problemləri də danışıqlar yolu ilə həll etməyə çalışırıq”, - Xətib bildirib.
İsmayıl Xətibin çıxışında bir neçə dəfə “İran İslam Respublikası və Bakı” ifadələrini işlətməsi, Azərbaycan Respublikasının adını çəkməməsi diqqət çəkib.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü