Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının Rusiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan ölkənin Roma Statutuna qoşulacağı təqdirdə İrəvan-Moskva münasibətləri üçün risklər barədə sualları cavablandırarkən deyib.
O bildirib ki, Ermənistan Rusiya rəhbərinə qarşı qəbul edilən qərarlardan bir neçə ay əvvəl prosesə başlayıb (Putinə qarşı cinayət təqibi haqqında BCM qərarı 2023-cü ilin martında qəbul edilib, Ermənistan prosesə 2022-ci ilin dekabrında başlayıb - red.).
“İrəvan sözügedən nizamnaməyə qoşulmaqla məhkəmənin Putinin həbs edilməsi ilə bağlı verdiyi orderi yerinə yetirəcəkmi” sualını isə Minasyan belə cavablandırıb:
“Bu artıq siyasi sualdır. Hüquqi bazaya gəlincə, bu statut bizə qarşı hərbi cinayətlərə baxəlması üçün beynəlxalq mexanizm yaradır”.
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO