Azərbaycan Laçın yolundan humanitar yüklərin keçidinə bu gün də icazə verməyib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Qeyd edək ki, Azərbaycan Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolunun da sərhəd-keçid prosedurlarına uyğun, gömrük və vergi sistemi tətbiq olunmaqla açılacağını bildirmişdi. Lakin Ağdam-Xankəndi yolu ilə yalnız Rusiyanın göndərdiyi bircə ədəd yük maşını keçəndən sonra separatçılar yenidən Ağdam yolunu bağladılar. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq dolu yük maşınları Ağdam yolunda gözləməkdə davam edir. “Humanitar fəlakət” yaşandığını iddia edən erməni separatçılar isə humanitar yardımı siyasi səbəblərdən qəbul etmək istəmirlər.
Buna baxmayaraq, Laçın yolu humanitar fəaliyyət üçün hazırda da açıqdır. Belə ki, bu gün də Xankəndidən 9 xəstə İrəvana aparılıb, həmçinin Ermənistan universitetlərinə qəbul olunduqlarını bildirən gənclərin də Laşın postundan keçidi heç bir problem olmadan bir neçə gündür təmin olunur.
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO