Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə ordu yığması barədə yayılan məlumatı təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə N.Paşinyan “Politiko” nəşrinə müsahibəsində deyib.
O, bunu “cavab tədbiri kimi” izah etməyə çalışıb:
“Azərbaycan Ermənistan sərhədində qoşun yığmağa başladığı üçün Ermənistan Respublikası da müəyyən müdafiə tədbirləri görməlidir. Lakin Avropa Birliyinin Ermənistanda sərhəddə müşahidə aparan mülki missiyası qeyd edə bilər ki, Ermənistan Respublikasının qətiyyən eskalasiya niyyəti yoxdur və məhz Azərbaycan öz qoşunlarını bu əraziyə toplamağa başlayıb - Ermənistanla sərhədə və “Dağlıq Qarabağ”ın bütün təmas xətti boyunca. Belə bir vəziyyətdə, təəssüf ki, eskalasiya ssenarisini istisna etmək olmaz. Eskalasiyadan qaçmaq toplanmış qoşunların daimi dislokasiya yerlərinə qaytarılmasıdır və Ermənistan belə addıma hazırdır”.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik