Rusiya problemli məsələlərlə bağlı narahatlığını birbaşa Türkiyəyə çatdırır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bakı ilə Ankara arasında fəal hərbi əməkdaşlığı şərh edərkən deyib.
“Problemli məsələlərlə bağlı bütün narahatlığımızı qarşı tərəfə çatdırırıq. Xüsusilə, siz indicə Türkiyə haqqında danışdınız, biz bu məsələləri birbaşa onlarla müzakirə edirik”, - o bildirib.
Zaxarova qeyd edib ki, bu, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ ətrafındakı vəziyyətə də aiddir:
“Tərəflərin razılığı olmadan mövcud razılaşmalara zidd və ya onların zərərinə heç bir kənar təsir baş verməməlidir - xüsusən də bu təsirin diplomatik iş, vasitəçilər və sülhməramlıların sayəsində əldə edilən kövrək qüvvələr balansını pozacağına dair ən kiçik bir perspektivi varsa”.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik