Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar jurnalisti, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət və onun xanımı – Bakı şəhərindəki 3 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Almaz Həsrətlə görüşüb.
BUTA.TV xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə əməkdar jurnalisti 55, əməkdar müəllimi 50 illik yubileyi münasibəti təbrik edən Komitə sədri onların öz fəaliyyət sahələrində əldə etdikləri uğurları vurğulayıb, yeni uğurlar arzulayıb.
Komitə sədri onlara Qarabağ motivli xatirə hədiyyələri və Təbrik məktubları təqdim edib.
Azər Həsrət və Almaz Həsrət görüş, təbrik və yüksək diqqət üçün Komitə sədrinə təşəkkür edib.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik