ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Amerikanın Hind-Sakit okean regionunda iddia edilən diktaturası ilə bağlı bəyanatını sərt şəkildə tənqid edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayıb.
Miller Rusiyanın Ukraynaya müdaxiləsi ilə paralellər apararaq, Lavrovun sözlərini mənasızdır adlandırıb:
“Qonşunu işğal edən, aqressiv müharibə aparan, məktəbləri, xəstəxanaları, yaşayış binalarını hər gün bombalayan Rusiya başqa bir ölkəyə deyə bilməz ki, hansısa dövlətə öz diktəni tətbiq edirsən. Açığı bu, Lavrovun indiyə qədər etdiyi ən mənasız şərhdir”.
Qeyd edək ki, bundan əvvəl Lavrov Moskvanın Hind-Sakit okean regionu ölkələrində ABŞ-ın diktaturasını qurmaq cəhdlərinin qarşısını alacağını bildirmişdi.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik