Binədə mebel mağazasında yanğın: xəsarət alan var

01:00 - 13 Sentyabr 2023 - GÜNDƏM

 Binədə mebel mağazasında yanğın: xəsarət alan var

Bakının Xəzər rayonununun Binə qəsəbəsində mebel mağazasında yanğın olub.

BUTA.TV xəbər verir ki, yanğın 3 mərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir müddətdə söndürülüb.

Hadisə zamanı mağazanın sahibi xəsarət alıb. Yanğın təxminən 150 kvm. ərazini əhatə edib.

Bu xəbər hal-hazırda çox oxunur
“Şahdağ” oteli qardaşımındır - Deputat

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol