Bolqarıstan Azərbaycanda nəqliyyat və logistika sahəsinin, nəqliyyat dəhlizlərinin inkişafında, o cümlədən, əczaçılıq, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a verilən məlumata görə, bunu Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov Azərbaycanın Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Görüşdə humanitar sahədə də əməkdaşlıq diqqətə çatdırılaraq, qeyd edilib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında dostluq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Xalqlarımız arasında humanitar əlaqələr zəngin tarixə malikdir. Təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Xüsusilə, 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Veliko-Tırnovo şəhərinin Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsinin sıx humanitar əlaqələrimizin daha bir nümunəsi olduğu vurğulanıb. Həmçinin, 2022-ci ilin sentyabrında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Veliko Tırnovo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandumun da önəmi ifadə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik