Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 9-da Əlahiddə Ümumqoşun Ordu Qərargahına gələrək, Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yaranmış gərginliklə bağlı qarşı tərəfin təxribat xarakterli fəaliyyətləri nəticəsində atəşkəs rejiminin pozulması halları və görülmüş tədbirlərlə maraqlanıb.
BUTA.TV xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ordu qərargahında Əlahiddə Ümumqoşun Orduda ziyarətdə olan Türkiyənin ASELSAN şirkətinin genel müdiri Əhməd Akyolu ilə görüşüb.
Görüş zamanı birgə fəaliyyət və mövcud layihələr haqqında məlumat verilib, gələcəkdə əməkdaşlığın inkişafı və daha da genişəndirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik