Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sentyabrın 10-u saat 14:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Kürdəmir, Qusar, Quba, Xaltan, Balakən, Şabran, Şahdağda arabir yağış yağıb. Bəzi yerlərdə güclü külək əsib.
Şimal-qərb küləyi arabir Mingəçevirdə 30 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Beyləqan, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naxçıvanda 18 m/s, Kürdəmirdə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 30-35 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik