Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətinin bəyanatında deyilir.
N.Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
Öz növbəsində, Gürcüstanın baş naziri regionda sülh və sabitliyin rifahı naminə səy göstərməyə hazır olduğunu bildirib. Tərəflər əsas problemlərin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - Video
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
- Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı: “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
- Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…