Sentyabrın 10-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - Video
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
- Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı: “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
- Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…