“Yelo Bank” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.
“BUTA TV” xəbər verir ki, məhkəmə iddiası noyabr ayının 1-i tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrlyi ilə keçiriləcək. Qaldırılan iddia vergi məsələləri üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, 378 milyon manat nizamnamə kapitalı olan “Yelo Bank” ASC (VÖEN -9900014901) 1994-cü ildən fəaliyyət göstərir. Əvvəlcə "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildən isə “Yelo Bank” adlanır. “Yelo Bank” Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsusdur.
Ekonominfo.az
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək