“Starşip” kosmik gəmisi kosmosa buraxılmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu “SpeysX” şirkətinin sahibi İlon Mask X səhifəsində yazıb.
Onun sözlərinə görə, “Starşip” ABŞ Federal Aviasiya Administrasiyasından uçuş lisenziyasının təsdiqini gözləyir.
Qeyd edək ki, “Starşip” yeni nəsil, super ağır və təkrar istifadə edilə bilən raketdir. Məhz “Starşip” “NASA Artemis” proqramı çərçivəsində astronavtları Aya çatdıracaq. Kosmik gəminin bu ilin aprelindəki sınaq buraxılışı uğursuz olmuşdu. Gəmi havaya qalxdıqdan sonra 38 km hündürlükdə partlamışdı.
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı