Ukraynadakı müharibə fonunda NATO Rusiyanı Baltik dənizində təlimlərlə hədələmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb.
“Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Yan Kristian Kaak bildirib ki, Berlin bu manevrlər vasitəsilə alyansdakı tərəfdaşları ilə birlikdə Rusiyaya siqnal göndərir”, - məlumatda qeyd olunub.
Nəşr onu da qeyd edib ki, blokun Finlandiya və Baltikyanı ölkələrə ən mühüm tədarük marşrutları dəniz yolu olduğu üçün dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi mühüm vəzifəyə çevrilir:
“Polşa ilə Litva arasında quru əlaqəni asanlıqla kəsmək olar. Bu əlaqə yalnız Rusiyanın Kalininqrad anklavı ilə Moskvanın müttəfiqi Belarus arasında olan 65 kilometrlik dar dəhliz vasitəsilə həyata keçirilir”.
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi