Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının yeni komandanının təyinatı ortaya bəzi maraqlı məqamları çıxarıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, erməni mediası general-polkovnik Aleksandr Lentsovun Qarabağdan uzaqlaşdırılmasının səbəblərini yazıb.
Qeyd olunur ki, buna səbəb A.Lentsovun peşəsini biznesə çevirməsidir.
O, separatçılara yanacaq satmaq və yerli əhalinin qeyri-qanuni daşımasını həyata keçirməklə özünə sərvət toplayıb. Əslində, A.Lentsov A.Volkovun yaratdığı sxemi dağıtmaq üçün vəzifə başına gətirilsə də, rusiyalı general böyük məbləğdə pullardan imtina edə bilməyib. Yekunda isə topladığı pullarla birlikdə Qarabağı tərk edib.
Qeyd edək ki, sülhməramlıların yeni komandanı general-mayor Kirill Kulakov olub. O, sentyabrın 3-dən vəzifəsinin icrasına başlayıb.
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi