Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus "Lukoyl" şirkəti Rusiya Federasiyası Prezidentinin Aparatına müraciət edərək, ölkədən 5 milyard dollar çıxarmaq üçün icazə istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyasının maliyyə nazirinin müavini Aleksey Moiseyev bildirib.
Onun sözlərinə görə, "Lukoyl" bu pulu öz səhmlərini xarici investorlardan geri almağa xərcləməyi planlaşdırır.
Qeyd olunur ki, səhmlərin geri alınması təxminən 5 milyard dollara başa gələcək. Hökumətə oxşar müraciətlər edən digər neft-qaz şirkətlərini də nəzərə alsaq, məbləğ 10 milyard dollara çata bilər.
Mütəxəssislər əmindirlər ki, bu cür əməliyyatlar kapitalın xaricə çıxmasına kömək edə və rublun yeni ucuzlaşmasına səbəb ola bilər.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi