Xarici ölkələrdə yaşayan ermənilərin qondarma "Qarabağ Respublikası" rejiminə dəstək məqsədilə aksiyaları uğursuzluqla nəticələnməkdədir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, nəticələr ermənilərin gözlədiklərinin və iddia etdiklərinin tam əksini göstərir. Dünyada ikinci erməni dövləti kimi tanınan və bəzən özünü belə təqdim edən Fransada separatçıların aksiyasının fiaskoya uğramasının bariz nümunəsi yaşanıb. Belə ki, 650 min erməninin yaşadığı iddia olunan Fransada Qarabağ separatçılarını dəstəkləyən etnik azlığın nümayəndələri Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına toplaşıb.
Lakin aksiyada cəmi 8 nəfər iştirak edib. Onlar səfirliyin yerləşdiyi küçəni bağlamaq və diqqəti cəlb etmək niyyətində olublar. Ancaq planları baş tutmayıb - polis aksiyanı dağıdaraq ermənilərin xoşagəlməz hərəkətinin qarşısını alıb.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi