“Saola” qasırğası Çinin cənubunu cənginə alıb, 900 minə yaxın insan təhlükəsiz yerə təxliyə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat verən Quandun əyalətinin Meteorologiya Bürosu bildirib ki, yerli vaxtla səhər saat 03:30-da Honkonqun cənubundakı Çjuhay şəhərinin kənarında güclü fırtına baş verib.
Qasırğanın Quanqdonq sahilləri boyunca cənub-qərb istiqamətində təxminən 17 km/saat sürətlə hərəkət edəcəyi, dənizə çatmamışdan öncə zəifləyəcəyi proqnozlaşdırılır.
Dəmir yolu səlahiyyətliləri cümə axşamından şənbə günü axşam saatlarına qədər Quanqdonqa daxil olan və ya çıxan bütün qatarların hərəkətinin dayandırıldığını bəyan ediblər.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi