"Texnofest"in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar: “Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır”.
M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də "Texnofest"in təşkilində maraqlıdırlar.
Qeyd edək ki, "Texnofest" 2022-ci ildə Bakıda təşkil olunub. “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto