Ukrayna hazırda müxtəlif uzaqmənzilli və yüksək dəqiqlikli silahları sınaqdan keçirir. Üstəlik, söhbət təkcə Prezident Vladimir Zelenski və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun əvvəllər danışdığı silahlardan getmir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov deyib.
Yusov bildirib ki, Ukrayna və Rusiyanın silahdan istifadə yanaşmaları arasında ciddi fərq var:
“Ukrayna ordusu müasirliyə, istehsal qabiliyyətinə və yüksək dəqiqliyə üstünlük verir. Rusiya ərazisini müxtəlif zibillərlə dolduracaq qədər lüksumuz yoxdur. Yəni bu silah son dərəcə keyfiyyətlidir. Düşünürəm ki, düşmən belə müasir inkişafların onun ərazisinə uçmasından məmnun olmalıdır”.
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto