Ermənistan Baş naziri Nikol Paşinyan erməni təxribatı nəticəsində bu gün sərhəddə başlayan toqquşma barədə paylaşım edib.
BUTA.TV xəbər verir ki, X sosial şəbəkəsindəki paylaşımında Nikol Paşinyan öz təxribatını ört-basdır etmək üçün Azərbaycanı ittiham edib və “Ermənistanın ərazi bütövlüyündən” bəhs edib.
Maraqlıdır ki, Paşinyan paylaşımında toqquşma nəticəsində 3 erməni əsgərinin öldüyünü, 2 nəfərin isə yaralandığını bildirib. Halbuki Ermənistan Müdafiə Nazirliyi 4 erməni əsgərin məhv edildiyini təsdiqləyib, hətta ölənlərin adını da açıqlayıb, erməni mediası isə məhv edilənlərin dosyesini və fotolarını yayıb.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.
Ordumuz cavab tədbirləri ilə 4 erməni əsgər - Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan – məhv edilib, bir erməni əsgər yaralanıb.
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik