Belarus sərhədçiləri Polşa tərəfindən ölkənin hava məkanını pozması barədə məlumat veriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsi məlumat yayıb.
Məlumata görə, hadisə Qrodno vilayətinin Berestovitski rayonunda qeydə alınıb. Polşanın Mi-24 hərbi vertolyotunun dövlət sərhədini olduqca aşağı hündürlükdə keçərək 1200 metrədək irəlilədiyi, daha sonra əks istiqamətdə döndüyü bildirilir.
Belarus hakimiyyəti insidentlə bağlı Polşa tərəfinə məlumat verib.
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto