Rusiya NATO sərhədləri yaxınlığındakı Dunayda Ukrayna limanlarına zərbələr endirmək üçün İran “Şahid”lərindən istifadə edir.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilib.
“Rusiya son iki həftə ərzində İran PUA-larından istifadə etməklə Dunay çayı üzərindəki Ukrayna limanlarına bir neçə dəfə hücum edib. Çox güman ki, Kreml beynəlxalq daşıma şirkətlərinin limanlar vasitəsilə ticarəti dayandırmasına çalışır. Pilotsuz təyyarələrin Rumıniya sərhədindən 200 metrə qədər yaxındakı hədəfləri vurması Rusiyanın NATO ərazisinə yaxınlaşmaq üçün riskdən çəkindiyini göstərir. Rusiya inanır ki, PUA-lar qanadlı raketlərdən daha az eskalasiya riski daşıyır. Rusiya həm də onları kifayət qədər dəqiq hesab edir və döyüş başlıqları qanadlı raketlərdən qat-qat kiçikdir”, - məlumatda deyilib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı