QHT nümayəndələri Nyu-York merinə məktub yazdı

17:22 - 25 Aprel 2026 - GÜNDƏM

 QHT nümayəndələri Nyu-York merinə məktub yazdı

Azərbaycanın bir qrup QHT nümayəndəsi “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zöhran Məmdaniyə açıq məktubla müraciət edib.

AZƏRTAC müraciətin tam mətnini təqdim edir:

“Biz – Azərbaycandan olan bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri Sizin X platformasında 1915-ci il qondarma erməni soyqırımı, o cümlədən 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə reallıqdan uzaq fikirlərinizi qəbulolunmaz hesab edirik. Təəssüf ki, Bayden-Blinken dövrünün ruhuna uyğun olaraq Nyu-York şəhər meri kimi mandatınızla uzlaşmayan bu siyasi açıqlama ilə milyonlarla insanın hisslərinə toxunmusunuz.

Erməni lobbi qruplarının, Nyu-Yorkdakı bir qrup erməni icmasının birtərəfli məlumatları əsasında Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyiniz fikirləri biz 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvəsində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş sülh prosesinə zidd hesab edirik, bu, Ermənistanla normallaşma addımlarına qarşıdır. Regiondan, Ermənistan hüdudlarından xeyli kənarda yaşayan erməni diasporunun, o cümlədən ABŞ-dakı erməni diasporunun müəyyən hissəsi bu sülh səylərinə mane olmağa çalışır. Siz bu açıqlama ilə faktiki olaraq revanşist qüvvələrin destruktiv gündəliyini müdafiə etmisiniz.

Bu xəbər hal-hazırda çox oxunur
Diqqət: Pensiyaların ödənişi başa çatdı!

Ola bilsin sizi yanlış məlumatlandırıblar. Bu gün Cənubi Qafqaz ağır, qanlı bir tarixi səhifəni çevirərək sülh, təhlükəsiz birgəyaşayış üçün imkanları, fürsətləri genişləndirir. Bu gün regionda sülh var, biz sizi sülhü dəstəkləməyə çağırırıq. Azərbaycan və Ermənistan xalqlarının tarixində yeni bir dövr açılır. Təəssüf edirik ki, bir qrup erməni diaspor dairələri sülhü deyil, müharibəni dəstəkləyir, ABŞ siyasətçilərini də yanlış istiqamətə doğru yönəldirlər.

İnsan hüquqlarının müdafiəsi və tarixi faciələrin anılması həqiqətən mühüm dəyərə malikdirsə, o zaman Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələr, 1992-ci il Xocalı soyqırımı, işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda və Şərqi Zəngəzurda məhv edilmiş tarixi, dini, mədəni abidələr, urbisid unudulmamalıdır. Bu gün hələ də dinc azərbaycanlılar vaxtilə Qarabağda və Şərqi Zəngəzurda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalara düşərək həyatlarını itirir, əlil olurlar. Yüz minlərlə azərbaycanlı onilliklər boyunca fundamental hüquqlardan – təhlükəsizlik, mülkiyyət və doğma yurdlarına qayıtmaq hüququndan məhrum şəkildə yaşamalı olub.

Biz hesab edirik ki, sizin kimi nüfuzlu vəzifə sahibinin açıqlamaları yalnız bir tərəfin mövqeyinə əsaslanmamalı, əksinə, reallıqları əhatə etməlidir. Təəssüf ki, açıqlamanızda yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyi və uzun illər davam edən əziyyətləri qeyd olunmamışdır. İnanırıq ki, məlumatların daha geniş və müstəqil şəkildə nəzərdən keçirilməsi regionda baş verən hadisələrin daha düzgün anlaşılmasına, işğalçı ilə işğala məruz qalanı fərqləndirməyə kömək edəcəkdir.

Biz sizə mövzu ilə bağlı daha geniş məlumat təqdim edə bilərik, sizinlə görüşməyə də hazırıq.

Çox istərdik ki, Nyu-York təkcə uydurma erməni soyqırımı abidələrinin, xatirə lövhələrinin olduğu şəhər kimi tanınmasın. Siz tarixi faciələrə xüsusi diqqət ayıran mer kimi Nyu-Yorkda 1992-ci il Xocalı soyqırımı barədə abidə və ya xatirə lövhəsi ucalda, hər il fevralın 26-da bu memorial üzərinə erməni və azərbaycanlı icmalarının tər güllər düzmələrini təşkil edə bilərsiniz.

Sizin açıqlamalarınızı diqqətlə izləməkdə davam edəcəyik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol