Məhkəmə Kapitoliyə hücumla bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə dinləməni avqustun 28-nə təyin edib.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məhkəmə Donald Trampı həbs etməməyə qərar verib və onu məhkəməyə gələrək qanuna əməl edəcəyi vədi ilə azadlığa buraxıb.
Qeyd edək ki, eks-prezidentə qarşı dörd maddə üzrə ittiham irəli sürülüb. ABŞ tarixində ilk dəfə olaraq sabiq prezident yalan məlumat yaymaqda ittiham edilir. Daha iki ittiham isə məxfi fayllarla səhv davranış və işgüzar qeydlərin saxtalaşdırılması ilə bağlıdır. Eyni zamanda, Corciya prokurorluğu 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə cəhdlə bağlı daha bir ittiham üzrə dördüncü cinayət işi aça bilər.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı